top of page

Haqqında

Kinorejissor, Ssenari müəllifi

Rəhman Fürqətoğlu 1989-cu ildə Gəncə şəhərində anadan olub. Orta məktəbi Gəncə şəhərində bitirib. 2009-cu ildən etibarən TV və film sahəsində çalışıb. Kəpəz Müstəqil Tele-Radio şirkətində 2009-cu ildən 2015-ci ilə kimi fəaliyyət göstərib. Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində alıb. Kinorejissorluq fakültəsində Bakalavr və Magistr pillələrini bitirib. Görkəmli kinorejissor Vaqif Mustafeyevin tələbəsi olub. 2015-ci ildən bu günə kimi ölkənin ən reytinqli seriallarında çalışıb. 2019-2020-ci il dönəmində 1 il ARB televiziyasında rejissor olaraq fəaliyyət göstərib. Bu işlərlə yanaşı fərdi olaraq reklam, klip və filmlər ərsəyə gətirib. İlin Gənc Rejissoru, Vətənimin xatirəsi film mükafatına, Naxçıvan film festifalında ən yaxşı rejissor mükafatına layiq görülüb. Rasim Ocaqov təqaüdçüsüdür. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. Ailəlidir, 2 övladı var.

Rejissor Rəhman Fürqətoğlunun həyat və yaradıcılığı haqqında

Mükafatlar

İlin

Rejissoru

2015

ƏN YAXŞI

Görüntü

2017

FİLM

Festivalı

2023

'İlin Gənc Rejissoru 2015'

Göstərildiyi xidmətlərə görə İlin Gənc Rejissoru mükafatı

'Vətənimin Xatirəsi Film Festivalı 2017'

'Xocalı 1km' filminə görə 'Vətənimin Xatirəsi' Film festivalının ən yaxşı film mükafatı

'Rasim Ocaqov fərdi təqaüdü 2019'

Azərbaycanın görkəmli rejissoru Rasim Ocaqovun adına təsis olnmuş Rasim Ocaqov təqaüdünə layiq görülmüşdür

Azərbaycan Kinematoqrafçılar ittifaqının üzvü 2020

Azərbaycan Kinematoqrafçılar İttifaqına üzv seçilmişdir.

 

'Keçmişdən soraq, Gələcəyə səsləniş' film festivalı 2023

Naxçıvan Muxtar Respublikasında təşkil olunmu. qısametrajlə filmlər müsabiqəsində ən yaxşı rejissor işi.

bottom of page