top of page

Region gəncləri üçün kinematoqrafiya sahəsində inkişaf imkanı!🎬


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi nin dəstəyi və "Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə "Region gənclərinin kinematoqrafiya akademiyası" layihəsinə start verilir!
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi nin dəstəyi və "Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə "Region gənclərinin kinematoqrafiya akademiyası" layihəsinə start verilir!

🎭 Layihənin məqsədi region gənclərinin aktyorluq, rejissorluq və ssenaristlik sahələrində yaradıcılıq potensialını üzə çıxarmaq, onlara peşəkar biliklər qazandırmaq və praktiki təcrübə qazanmalarına imkan yaratmaqdır.


Layihə çərçivəsində:

🎬 Peşəkar ekspertlərdən aktyorluq, rejissorluq və ssenaristlik üzrə intensiv təlimlər

🎥 Seçilən iştirakçılarla qısametrajlı filmin hazırlanması

🏆 Filmin münsiflər qarşısında təqdimatı və qiymətləndirilməsi

📜 Sertifikatla təltif olunma imkanı!


➡️ Kimlər müraciət edə bilər?

- 17-29 yaş arası olan;

- aktyorluq, rejissorluq və ya ssenaristlik sahəsinə maraq göstərən;

- komandada işləmə bacarığı olan;

- Gəncə və ətraf regionlarda yaşayan gənclər.


Layihənin keçiriləcəyi tarix: Mart 2025

📍 Məkan: Gəncə şəhəri


Müraciət üçün link


📅 Son müraciət tarixi: 25 fevral 2025-ci il


 
 
 

Yorumlar


bottom of page