"Boş Yer" filmi təqdim olundu.
- Rəhman Fürqətoğlu
- 18 Kas 2025
- 1 dakikada okunur
"Boş Yer” filminin təqdimatı uğurla baş tutdu. Rejissorluğu və ssenarisi Rəhman Fürqətoğluya məxsus olan bu film 1 illik əziyyətin nəticəsində ərsəyə gəldi. Azərbaycanda ilk olaraq texniki və yaradıcı heyyəti tələbələrdən ibarət bir filmdir. Hər bir kadrda tələbələrin inamı, zəhməti və arzusu var. Bütün qonaqlara, media nümayəndələrinə, dəstək olan, hər kəsə, təşəkkürlər. Ekran əsəri orijinal və dramatik hekayəsi ilə seçilir. "Boş Yer" hər iki valideynini itirmiş, yazıçı olmaq arzusu ilə yaşayan gənc Azərin həyatını əks etdirir. Film boyunca diqqətsizlik, sosial adaptasiya, psixoloji təcrid, insan münasibətləri kimi aktual mövzular vurğulanır. Tamaşaçı real həyat faktları və cəmiyyətin sosial davranış modelləri ilə üz-üzə qalır. Filmin xronometrajı 101 dəqiqədir. Ssenari müəllifi də Rəhman Fürqətoğludur.












Yorumlar